Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 1,0% yüksəlib
# 05 sentyabr 2013 06:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 14 931 bəndədək, S&P 500 0,8% - 1 653 bəndədək, Nasdaq 1,0% - 3 649 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə müsbət makroiqtisadi xəbərlər təsir edib.

Avropa fond bazarlarında sentyabrın 4-də FTSE 100 indeksi 0,1% - 6 475 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 196 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 3 980 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 392,9 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3192 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR