Bakıda İndoneziyanın müstəqillik əldə edilməsinin 68-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

Bakıda İndoneziyanın müstəqillik əldə edilməsinin 68-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 17 avqust 2013 11:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Bakıda İndoneziyanın müstəqillik əldə edilməsinin 68-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, İndoneziyanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə ölkəmizdə yaşayan bu ölkənin vətəndaşları, diplomatlar, İndoneziya dilini və mədəniyyətini öyrənən tələbələr iştirak edib. Tədbirdə İndoneziya bayrağı qaldırılıb, dövlət himni səsləndirilib.

İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto qeyd edib ki, onun təmsil etdiyi ölkə 1945-ci ilin avqustun 17-də müharibə yolu ilə müstəqilliyini əldə edib və buna görə də, bu bayram İndoneziya xalqı üçün çox vacibdir. Səfir həmçinin çıxışda ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Tədbiri sonun bayram tortu kəsilib, qonaqlar İndoneziya kulinariyasının müxtəlif nümunələrin dadına baxmağa imkan qazandılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR