Prokuror həbsdə olan baş redaktora cəza istəyib

Prokuror həbsdə olan baş redaktora cəza istəyib
# 14 mart 2014 08:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Şəhər Məhkəməsində “İynə” satirik jurnalının həbsdə olan baş redaktoru Baloğlan Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

B.Mirzəlinin vəkili Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, B.Mirzəli Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları tərəfindən həbs olunub. O, 26 noyabr 2013-cü il tarixində izahat alınması üçün bölməyə çağırılıb və 28 noyabr 2013-cü il tarixdə haqqında bir ay müddətində həbs-qətimkan tədbiri seçilib. Buna səbəb kimi onun Bakı-Sumqayıt şosesində yerləşən “Turac” kafesinin sahibindən rüşvət istəməsi göstərilib.

B.Mirzəli Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR