“Xocalıya ədalət” kampaniyası “Sosial həmrəylik” layihəsini davam etdirir - FOTO

“Xocalıya ədalət” kampaniyası “Sosial həmrəylik” layihəsini davam etdirir - <span style="color: red;">FOTO
# 18 mart 2014 09:56 (UTC +04:00)

Artıq layihə çərçivəsində ilkin olaraq 4 gənc “ASAN Xidmət”ində işə düzəlib, Binəqədi və Nərimanov Rayon İcra Hakimiyyətləri tərəfindən həmin gənclərin bəzilərinə il ərzində hər ay maliyyə yardımının edilməsi, eləcə də onların digər sosial ehtiyaclarının ödənilməsinə start verilib”.

"Xocalıya Ədalət" Kampaniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

Kampaniyanın apardığı fəaliyyət nəticəsində Səhiyyə Nazirliyi bir neçə xocalılı yeniyetmənin müayinə və müalicəsini öz üzərinə götürüb.

Eyni zamanda təhsillərini artırmaq və ya davam etdirmək istəyən gənclərə DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin təşkil etdiyi universitetə hazırlıq, eləcə də qısamüddətli kurslarında təhsil almaları üçün şərait yaradılıb. Bundan başqa, il ərzində Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi, Bakı şəhəri Xəzər rayonu “Mir Mövsüm Ağa” ziyarətgahı, Bakı şəhəri Xəzər rayonu “Pir Həsən” ziyarətgahı və Beyləqan rayonu “Həzrət Cərciz Peyğəmbər” məscidi dini icmaları tərəfindən 4 nəfərə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 10 nəfərə birdəfəlik maddi yardım olunacaq.

Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyeva tərəfindən irəli sürülmüşdür. Hal-hazırda faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR