«PAŞA Həyat» sığorta şirkəti daha bir iri ödəniş həyata keçirib

«PAŞA Həyat» sığorta şirkəti daha bir iri ödəniş həyata keçirib
# 12 dekabr 2013 12:54 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödəniş həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat» şirkəti tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası»na müvafiq olaraq, «PAŞA Həyat» tərəfindən vəfat etmiş şəxsin ailəsinə 25 403 manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında sözügedən sığorta növü üzrə şirkət 670 min manata yaxın sığorta ödənişi həyata keçirilib, bu isə 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR