Bakı sakininin plastik kartından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı sakininin plastik kartından pul oğurlamaqda şübhəli bilinən şəxs tutulub
# 14 mart 2014 07:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakininin plastik kartından pul oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA- ya verilən məlumata görə, martın 6-da Bakı şəhər sakini Əli Həsənov bankomatda hesabından pul çıxarmaq istəyərkən kartından 1500 manat çıxarıldığını aşkar edib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Məmmədşah Dadaşov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR