Sabah Bakıda 16 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda 16 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 25 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Martın 26-da Bakı şəhəri və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 26-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR