Ukrayna Sərhəd Xidməti Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləməyib

Ukrayna Sərhəd Xidməti Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləməyib
# 18 aprel 2014 04:51 (UTC +04:00)

Bakı-APA. Ukrayna Sərhəd Xidməti Rusiya vətəndaşı olan 16-60 yaşlı kişilərin ölkəyə girişinə qadağa qoyulması xəbərini təsdiqləməyib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Ukrayna Sərhəd Xidmətinin rəisinin müavini Sergey Astaxov açıqlamasında bildirib ki, Kiyev, Ukraynada antiterror əməliyyat həyata keçirildiyindən rusiyalılar da daxil olmaqla, xarici vətəndaşları ölkəyə səfər etməkdən çəkinməyə çağırıb.

Astaxovun sözlərinə görə, Ukrayna Sərhəd Xidmətinin xəbərdarlığı “Aeroflot” tərəfindən təhrif olunub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın "Aeroflot" şirkəti Ukrayna tərəfinin Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacağı barədə açıqlama verib.

Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar.

Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb.

Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər.

Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR