FHN Gəncədə baş vermiş daşqınla bağlı məlumat yayıb

FHN Gəncədə baş vermiş daşqınla bağlı məlumat yayıb
# 22 aprel 2014 18:44 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi bu gün Gəncədə bu gün baş vermiş daşqınla bağlı məlumat yayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə, bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb. Dərhal nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hazırda FHN-in Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR