Bakıda xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb

Bakıda xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb
# 18 mart 2014 09:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Dilavər Hüseynovdan 9 qramdan artıq marixuana götürülüb.

Daha sonra ona marixuananı satan şəxs, Ə. Vəliyev küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Azər Əliyev tutulub və onun mənzilindən 17 kibrit qutusunda və 1 çantada 7 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR