Aleksandr Turçinov güc strukturlarından Ukraynanın şərqində xüsusi əməliyyatın bərpa olunmasını tələb edib

Aleksandr Turçinov güc strukturlarından Ukraynanın şərqində xüsusi əməliyyatın bərpa olunmasını tələb edib
# 22 aprel 2014 20:24 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 22-də Ali Radanın mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Mən güc strukturlarından Ukraynanın şərqində yaşayan ölkə vətəndaşlarının terrorçulardan qorunması üçün qəti antiterror tədbirlərinin başlanmasını və həyata keçirilməsini tələb edirəm”, deyə Turçinov bəyan edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Marina Ostapenko bundan əvvəl bildirib ki, əməliyyata son qoyulmayıb, sadəcə onun aktiv mərhələsi bayramlara görə müvəqqəti dayandırılıb.

Xatırladaq ki, Donetsk vilayətinin şimalında xüsusi əməliyyat Turçinov tərəfindən aprelin 15-də elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR