Vaqif Səmədoğluna Azərbaycan Yazıçılar Birliyinin “Nəsimi” Mükafatı təqdim edilib - FOTO

Vaqif Səmədoğluna Azərbaycan Yazıçılar Birliyinin “Nəsimi” Mükafatı təqdim edilib - <span style="color: red;">FOTO
# 20 mart 2014 09:16 (UTC +04:00)

AYB-dən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar mükafatın tarixindən danışıb: “Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də "Nəsimi" Mükafatıdır. "Nəsimi" Mükafatı iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova təqdim edildi. Bu il isə görkəmli xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir”.

Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə minnətdarlığını bildirib: “Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacım var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə hamınıza dərin minnətdarlığımı bildirirəm”.

Tədbirdə xalq şairi Aşıqlar Biliyinin sədri Zəlimxan Yaqub da iştirak edib. AYB sədri Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR