Böyük Britaniyalı Lord Bakı Ali Neft Məktəbində olub - FOTO

Böyük Britaniyalı Lord Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 04 iyun 2014 07:55 (UTC +04:00)

Bakı - APA-Economics. Böyük Britaniyanın Lordlar Palatasının üzvü Riçard Risbi, Kembric Universitetinin professoru, Asiya və Orta Şərq dilləri fakültəsinin rəhbəri Cefri Xan və “Global Strategy” şirkətinin direktoru Entoni Fişer Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüşüblər.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, qonaqları Azərbaycanda və BANM-də görməkdən məmnunluğunu ifadə edən ümumi işlər üzrə prorektor Rəşad Həsənov xaricdə səfərdə olan rektor Elmar Qasımovun salamlarını onlara çatdırıb.

Daha sonra BANM-nin yaranma tarixi haqqında qonaqlara ətraflı məlumat verən R.Həsənov bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. O qeyd edib ki, BANM-də tədris Avropa Kredit Transfer sisteminin tələbələrinə uyğun şəkildə təşkil olunub və bu ali təhsil müəssisəsində Böyük Britaniyanın Heriot Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həmin universitetin tədris proqramları tətbiq olunmaqdadır.

Odlar Yurdu Azərbaycanda olmaqdan məmnunluq hissi keçirdiyini bildirən Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Riçard Risbi qeyd edib ki, Azərbaycan sürətli inkişaf yolunda inamla addımlayır. O, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulayıb ki, dünyaya açılmış və regionun önəmli dövlətinə çevrilən Azərbaycan Böyük Britaniya və Aİ dövlətləri üçün böyük əhəmiyyət daşıyır.

Qısa vaxt ərzində Avropa standartlarına cavab verən, ingilis dilli, müasir tədris texnologiyaları ilə təchiz olunmuş belə bir universitetin yaranmasını yüksək qiymətləndirən Kembric Universitetinin professoru Cefri Xan BANM ilə gələcəkdə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Tədbir çərçivəsində qonaqlar BANM tələbələrinin çoxsaylı suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR