Aleksandr Turçinov: Ukrayna sivil dünyaya verdiyi dəstəyə görə təşəkkür edir

Aleksandr Turçinov: Ukrayna sivil dünyaya verdiyi dəstəyə görə təşəkkür edir
# 28 mart 2014 10:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ali Radanın plenar iclasında Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

O qeyd edib ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə Ukrayna üçün çox vacibdir.

Rusiyanın təcavüzünü pisləyən A.Turçinov bildirib ki, dünyanın bir çox ölkələri BMT Baş Assambleyasında Ukraynaya tam dəstəyini ifadə edib: “Bütün sivil dünyanın dəstəyi və BMT-nin bu qərarı ölkəmiz üçün əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR