“A-Group” sığorta şirkəti nizamnamə kapitalını artırır

“A-Group” sığorta şirkəti nizamnamə kapitalını artırır
# 18 aprel 2014 12:04 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “A-Group” sığorta şirkətinin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 943 manat, sayı 7 750 ədəd, emissiyanın ümumi həcmi isə 7 308 250 manat təşkil edir.

Emissiya bankın hər birinin nominal dəyəri 696,8 manat olan 7 750 ədəd (ümumi həcmi 5 400 200 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 35,3% artaraq 12 708 450 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR