Gəncədə ev, Ağdamda avtomobil yanıb - VİDEO

Gəncədə ev, Ağdamda avtomobil yanıb - <span style="color: red;">VİDEO
# 27 aprel 2014 08:17 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan 4 otaqlı aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m, aynabəndin yanar konstruksiyaları, ev əşyaları 45 kv.m sahədə, 2 otağın giriş qapıları və 2 ədəd pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdam rayonu Quzanlı qəsəbəsində isə vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR