Bu il Azərbaycanda 22 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Bu il Azərbaycanda 22 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 27 iyun 2014 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu il ərzində Azərbaycanda mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 21,7 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edilib.

APA-Economics”in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bu gün istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda Göygöldə təşkil edilmiş konfransda bildirib.

Xidmətin rəis müavini istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Qeyd edək ki, konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR