Gürcüstanda azərbaycanlılara məxsus iki ev yanıb

Gürcüstanda azərbaycanlılara məxsus iki ev yanıb
# 21 dekabr 2013 11:51 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində 13 üzvü olan ailənin evi yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə ilə bağlı «Gürcüstan Mənim Vətənimdir» QHT-nin rəhbəri Əli Babayev məlumat verib. Onun sözlərinə görə, bir-birinin yanında tikilən iki birmərtəbəli ev yanıb: «Hər iki ev Qaracalar kənd sakini Bahar İsayevaya məxsusdur. Evdə olan bütün əşyalar və sənədlər yanıb. Ailədə 36 və 40 yaşlı iki xəstə şəxs sosial təminat alır. Ailə üzvlərinin hamısı işsizdir. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı ailə üzvləri Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət ediblər. Həmin gün bir sıra rəsmi şəxslər ailəyə baş çəkiblər. Zərər çəkən ailə müvəqqəti olaraq Rusiyada yaşayan bir ailənin Qaracalardakı evinə yerləşdirilib. Ailəyə hər cür kömək olunacağına söz verilib».

Məlumata görə, yanğın elektrik naqillərinin qısaqapanması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR