Qahirədə qatar bir neçə avtomobilin üstündən keçib, 24 nəfər ölüb

Qahirədə qatar bir neçə avtomobilin üstündən keçib, 24 nəfər ölüb
# 18 noyabr 2013 08:37 (UTC +04:00)

Bakı - APA. Qahirə yaxınlığında qatarla üç avtomobilin, o cümlədən mikroavtobusun toqquşması nəticəsində 24 nəfər həlak olub, 28 nəfər yaralanıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, həlak olanların əksəriyyəti bir ailənin üzvləri olub. Onlar mikroavtobusla toydan qayıdırmışlar.

“Misir Dəmir Yolları”nın rəhbəri Hüseyn Zəkəriyyə insident zamanı şlaqbaumlar keçidi bağlasa da, bəzi avtomobillər buna məhəl qoymayıb. Polis hadisənin səbəblərini araşdırır.

Qeyd edək ki, hər il Misir yollarında 10 min nəfər həlak olur. Buna səbəb yolların pis vəziyyətdə olması və sürücülük mədəniyyətinin aşağı olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR