Sergey Lavrov: “Suriya müxalifətinin ağlı başında olan nümayəndələrini tezliklə danışıqlar masasına oturtmaq lazımdır” - FOTO

Sergey Lavrov: “Suriya müxalifətinin ağlı başında olan nümayəndələrini tezliklə danışıqlar masasına oturtmaq lazımdır” - <span style="color: red;">FOTO
# 01 oktyabr 2013 13:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Suriya müxalifətinin ağlı başında olan nümayəndələrini tezliklə danışıqlar masasına oturtmaq lazımdır. Çünki Cenevrə-2 konfransının keçirilməsinin vaxtının uzanması ekstremistlərin əlinə oynayır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İslam Əməkdaşlıq Təşkilatının baş katibi İkmələddin İhsanoğlu ilə birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, hazırda əsas vəzifə daha çox vaxt itirmədən ağlı başında olan müxalifət nümayəndələrini danışıqlar masasına oturtmaqdan ibarətdir: “Ağlı başında olan müxalifət nümayəndələri deyəndə, Suriyanın ərazisində xilafət yaratmaq haqqında fikirləşməyən, hakimiyyəti sadəcə ələ keçirib daha sonra bu hakimiyyətdən öz istəyinə görə istifadə etməyi fikirləşməyənləri nəzərdə tuturam. Hansı ki, həmin müxalifət nümayəndələri öz ölkələrinin taleyi, ərazi bütövlüyünün qorunub saxlanılması və bütün etnik-dini qrupların təhlükəsiz və dinc şəraitdə yaşaması barədə düşünürlər. Ümid edirəm ki, müxalifət tərəfindən belə məsuliyyətli xadimlər tapılacaq. İstisna etmirəm ki, silahlı müxalifətin ekstremist çıxışları və terrorçu baxışları olmasa, o, daha yaxşı təqdim oluna bilər. Bunu hətta Bəşər Əsəd də demişdi”.

Rusiya XİN başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, Suriya konfliktinin tərəflərini Cenevrə - 2 konfransında bütün Suriya ictimaiyyəti təmsil etməlidir. S. Lavrov hal-hazırda Suriya müxalifətini Cenevrə-2 konfransında kimlərin təmsil edəcəyinin məlum olmadığını da söyləyib: “Konfransın noyabrın ortalarına qədər keçiriləcəyi alınacaqmı, bunu bilmirəm”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR