Azərbaycanda daha 11 dini icmaya şəhadətnamə verilib - FOTO

Azərbaycanda daha 11 dini icmaya şəhadətnamə verilib - <span style="color: red;">FOTO
# 24 iyul 2013 07:46 (UTC +04:00)

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikasının müxtəlif bölgələrindən dəvət olunmuş, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutub.

Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub. Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR