Milli Şuranın bugünkü sessiyasına “El” Hərəkatı qatılmayıb

Milli Şuranın bugünkü sessiyasına “El” Hərəkatı qatılmayıb
# 03 sentyabr 2013 16:26 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiyada seçki kampaniyasının təşkili məsələləri müzakirə olunub.

AXCP sədri Əli Kərimli deyib ki, Milli Şuranın vahid namizədinin prezidentliyə qeydiyyata alınması ilə bağlı imzatoplama prosesi yekunlaşmaq üzrədir..

AXCP sədri seçki kampaniyasını aparmaq üçün fond yaradılmasını və bu fonda maliyyə vəsaitləri cəlb etməyi təklif edib: “Bu məsələdə Milli Şuranın üzvləri öncül olaraq ilk addımı atmalıdırlar”.

Seçki qərargahının nümayəndələri bildirib ki, imzaların böyük hissəsi toplanıb. Onlar imzatoplama prosesinə ciddi maneə yaradılmadığını vurğulayıblar.

Qeyd edək ki, Milli Şuranın bugünkü sessiyasında “El” Hərəkatı bütünlüklə iştirak etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR