Daxili Qoşun və xüsusi təyinatlılar Kiyevin Müstəqillik meydanında ön cərgədəki barrikadaları dağıdıb

Daxili Qoşun və xüsusi təyinatlılar Kiyevin Müstəqillik meydanında ön cərgədəki barrikadaları dağıdıb
# 11 dekabr 2013 03:40 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kommunal xidmətlərin işçiləri qısa zamanda birinci barrikadanı sökməyə müvəffəq olublar.

Məlumata görə, etirazçılar 10-20 metr geri, barrikadaların ikinci xəttinə çəkiliblər. Xüsusi təyinatlılar etirazçıları sıxışdırmaqda davam edir.

Bu arada Kiyev milisinin mətbuat xidmətinin nümayəndəsi RİA Novosti agentliyinə bildirib ki, Daxili Qoşun və DİN-in “Berkut” xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları heç də aksiyanı dağıtmır. Onun sözlərinə görə, asayiş keşikçiləri sadəcə kommunal xidmətlərin barrikadaların sökülməsi və hərəkət hissəsinin çadırlardan təmizlənməsi istiqamətində həyata keçirdikləri işini təmin edirlər.

Qeyd edək ki, hazırda hadisə yerinə cəlb olunan qreyder və ekskavatorlar barrikadaların qalıqlarını yük maşınlarına yükləyirlər. Xüsusi təyinatlılar kommunal işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə onları əhatəyə alıb.

“Kiyev meriyası, Həmkarlar İttifaqı Evinə hər hansı həmlədən və mitinqin dağıdılmasından söhbət belə gedə bilməz”, deyə Kiyev milisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR