Şamaxıda “Mercedes” ağaca çırpılaraq aşıb, sürücü ölüb - YENİLƏNİB

Şamaxıda “Mercedes” ağaca çırpılaraq aşıb, sürücü ölüb - <span style="color: red;">YENİLƏNİB
# 14 oktyabr 2013 12:57 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə oktyabrın 13-də axşam saat 22:00 radələrində yolun 133-cü kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

Qobustan rayonu Ərəbşalbaş kənd sakini, 1973-cü il təvəllüdlü Saatov Nəriman Ağaveyis oğlunun idarə etdiyi 50-CK-811 dövlət nömrə nişanlı “Merсedes” markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb və sonra çökək əraziyə aşıb.

Hadisə nəticəsində sürücü Nəriman Saatov hadisə yerində dünyasını dəyişib. Maşında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti FHN-nin xilasediciləri tərəfindən xüsusi kəsici alətlər vasitəsilə çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR