Bakıda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçirilir - FOTOSESSİYA

Bakıda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 sentyabr 2013 09:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının salonunda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçirilir.

«APA-Economics»in xəbərinə görə, yarmarkaya 47 şəhər və rayondan 320 nəfər arıçı iştirak edir. Yarmarkada 500 ton bal, 40 kq çiçək tozu, 3 kq arı südü və 10 kq vərəmum satılması planlaşdırılır.


Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkasında balın 1 kiloqramı 15 manata satılır. Yarmarkanın hər bir iştirakçısı Dəniz Vağzalının mühasibatlığına 167 manat məbləğində yer haqqı ödəyib.


Yarmarkada arıçılara minimum bilgilər veriləcək, burada təcrübə mübadiləsi aparılacaq, elmi-praktiki konfrans keçiriləcək.


Arıçılıq yarmarkası oktyabrın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR