Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə müsabiqə keçirir - FOTO - VİDEO

Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə müsabiqə keçirir - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 sentyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Elmin İnkişafı Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədilə qrantların verilməsi üzrə 2-ci birgə müsabiqənin həyata keçirilməsinə başlayır. APA-nın xəbərinə görə, bu münasibətlə təşkil olunan mətbuat konfransında çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən sənədlərdən biridir. O deyib ki, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi, İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir: “Elmin İnkişafı Fondu ilə birgə müsabiqəsi keçirilməsində məqsəd Azərbaycanda elmi tədqiqatlara təkan vermək, bu işə daha geniş vüsət alması üçün maliyyə dəstəyinin göstərilməsidir. Bu müsabiqələr isə Azərbaycanda elmi potensialın güclənməsinə, görülən işlərin daha da davamlı olması üçün geniş imkanlar yaradır”.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə bildirib ki, müsabiqənin prioritetləri sırasına İKT və elmi tədqiqatların informasiya təminatı, innovativ inkişaf məsələləri, Distant təhsil və İKT tədris resursları, Azərbaycanda elm sahəsində vəziyyətin qiymətləndirilməsi, internetdə söz azadlığı, insan hüquqları və başqa məsələlər daxildir. Onun sözlərinə görə, müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 1 milyon 200 min manat nəzərdə tutulub. Elmin İnkişafı Fondu müsabiqəyə 1 milyon manat maliyyə vəsaiti ayırıb. Müsabiqəyə maliyyə həcminə görə kiçik (10 000 manatadək) və orta (10 000-100 000 manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaq: “Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, QHT-lərdən İKT ilə əlaqəli şirkətlərdən olan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilər. Tətbiqi xarakterli layihələrə və müvəqqəti yaradıcı kollektivləri adıçəkilən müxtəlif qurumların nümayəndələrindən təşkil olunmuş layihələrə üstünlük veriləcək. Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqəyə təqdim olunan layihələrin birgə ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə təqdim olunmuş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək. Müsabiqə üçün layihələrin qəbulu 6 sentyabr- 7 oktyabr tarixində qəbul ediləcək, nəticələrin isə noyabrın 10-da açıqlanması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR