"Mənim Xocalım" adlı foto müsabiqəyə start verilib

"Mənim Xocalım" adlı foto müsabiqəyə start verilib
# 04 sentyabr 2013 14:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində "Mənim Xocalım" adlı foto müsabiqəyə start verilib.

APA-nın məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər 5 oktyabr tarixinə qədər müəllifi olduqları fotoxəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist hisslərini əks etdirən kiçik həcmli mesajı müsabiqənin [email protected] elektron ünvanına yollaya bilərlər.

Bir müddət sonra kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə münsiflər heyətinin açıq səsvermə qaydası ilə 3 qalib müəyyənləşdiriləcək. Birinci yeri tutan iştirakçı oktyabrda Avropanın aparıcı paytaxtlarından birində keçiriləcək beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcək. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar.

Qeyd edək ki, 2008-ci ildə başlanan "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR