Səhiyyə Nazirliyi apteklərdə keçirilən reydlərin nəticələrini açıqlayıb

Səhiyyə Nazirliyi apteklərdə keçirilən reydlərin nəticələrini açıqlayıb
# 11 iyun 2013 13:32 (UTC +04:00)

Bu barədə APA-ya Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən birgə reydlər ümumilikdə 68 apteki əhatə edib.

Reydlər zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 1 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb. Reydlər zamanı həmçinin yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq müsadirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR