Məşhur Fransa ansamblı Bakıda Firəngiz Əlizadənin əsərlərini ifa edəcək

Məşhur Fransa ansamblı Bakıda Firəngiz Əlizadənin əsərlərini ifa edəcək
# 10 sentyabr 2013 14:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Fransanın məşhur “Utopik” ansamblı Bakıda xalq artisti Firəngiz Əlizadənin əsərlərini ifa edəcək. Bəstəkarlar Birliyindən APA-ya verilən məlumata görə, V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı günlərində dünyanın müxtəlif yerlərindən gələn musiqiçilərin çıxışı olacaq. Sentyabrın 26-da Bakının Kamera və Orqan musiqisi zalında Fransanın “Utopik” ansamblı xalq artisti Firəngiz Əlizadənin üç əsərini ifa edəcək.

Həmçinin bəstəkarın XX əsrin məşhur yapon şairi İsikava Takubokonun şeirlərinə qələmə aldığı “Yapon poeziyasından” vokal silsiləsi təqdim olunacaq. Bundan başqa, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş “Üç akvarel” vokal silsiləsi və “Habilsayağı” əsəri də fransalı musiqiçilərin təfsirində dinləyicilərə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR