Cey Karni: “İran daim nüvə silahı əldə etməyə çalışır”

Cey Karni: “İran daim nüvə silahı əldə etməyə çalışır”
# 23 may 2013 08:30 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “Biz müttəfiqlərimizlə işləyirik və İranı öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün inandırmağa çalışırıq”. APA-nın məlumatına görə, bu fikirləri Ağ Evin sözçüsü Cey Karni yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ İrana nüvə proqramı ilə bağlı yaranmış narahatlıqlara son qoymaq üçün təzyiqlərini davam etdirəcək: “Biz Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sonuncu hesabatını yoxlayırıq. Fakt odur ki, İran daim nüvə silahı əldə etməyə çalışır”.

C. Karni deyib ki, İranın öz öhdəliklərini yerinə yetirməsi üçün zamanı var və ABŞ “altılıq” ölkələri formatı çərçivəsində problemi həll etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR