Bakı sakinin boğazını kəsərək telefonunu oğurlayan şəxs tutulub

Bakı sakinin boğazını kəsərək telefonunu oğurlayan şəxs tutulub
# 30 aprel 2014 08:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinin boğazını kəsərək mobil telefonunu oğurlayan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 29-da Qara Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Hüseyn Bağırova boğaz nahiyəsindən şüşə parçası ilə xəsarət yetirib və mobil telefonunu əlindən alaraq qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Şəfiyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR