Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılır

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılır
# 24 iyun 2013 12:57 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi Əlaqələndirmə Şurasının V iclası işə başlayıb.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək iclasda Şimal-Cənub dəhlizi Katibliyinin hesabatı dinlənilib. Hesabatın ardından üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxışlar ediblər. Azərbaycan, İran, Hindistan, Qazaxıstan, Rusiya, Belarus, Türkiyə və Suriya nümayəndələri dəmiryolu, quru və dəniz nəqliyyatı üzrə müzakirələr aparıblar.


İclasda layihə çərçivəsində dəhlizin inkişaf etdirilməsi istiqamətində görülən işlər və perspektiv planlar barədə ətraflı müzakirələrin aparılması gözlənilir. Sonda üzv dövlətlər tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Əlaqələndirmə Şurasının V iclasının yekun hesabatının qəbul edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR