Türkiyədə tələbələri daşıyan avtobus ağır yol qəzasına uğrayıb: 11 nəfər ölüb, 31 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Türkiyədə tələbələri daşıyan avtobus ağır yol qəzasına uğrayıb: 11 nəfər ölüb, 31 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 22 dekabr 2013 01:59 (UTC +04:00)

APA-nın CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, qəza Kayseri şəhəri yaxınlığında dağlıq ərazidə baş verib. Məlumata görə, içərisində tələbələrin olduğu avtobus buz bağlamış sərt enişli yolda idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılaraq aşıb.

Hadisə yerinə dərhal xilasedicilər və həkimlər cəlb olunub.

Qeyd edək ki, qəza baş verdikdən az sonra, xilasetmə işləri aparılan zaman yüksək sürətlə hərəkətdə olan mikroavtobus idarəetməni itirərək əraziyə toplaşan hadisə şahidlərinə və təcili tibbi yardım maşınlarına çırpılıb.

Baş vermiş qəzalar nəticəsində ümumilikdə 11 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

İlkin məlumata görə, qəzaya uğrayan nəqliyyat vasitələri mövsümi qış təkərləri ilə təchiz olunmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

**** 04.29

Bakı-APA. Türkiyədə baş vermiş ağır yol nəqliyyat qəzasında 8 nəfər ölüb. APA-nın CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, qəza Kayseri şəhəri yaxınlığında baş verib. Məlumata görə, qəzaya tələbələri aparan avtobus uğrayıb, çoxlu sayda sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR