Azərbaycan və Boliviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb

Azərbaycan və Boliviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında saziş imzalanıb
# 27 iyun 2014 07:43 (UTC +04:00)

Bakı – APA. İyunun 24-də Azərbaycan Respublikasının Boliviya Çoxmillətli Dövlətindəki səfiri Məmməd Əhmədzadə La Paz şəhərinə səfəri çərçivəsində Boliviyanın xarici işlər naziri David Choquehuanca ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub. Görüşdən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında saziş”in imzalanması mərasimi keçirilib.

Səfər çərçivəsində M. Əhmədzadə Boliviya Senatının sədri Eugenio Rojas, Senatın xarici əlaqələr komissiyasının sədri Gabriela Montano, Deputatlar Palatasının sədri vəzifəsini icra edən Javier Eduardo Zavaleta Lopez, Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Betty Tejada, habelə xarici işlər nazinin müavinləri Juan Carlos Alluralde Tejada və Valter Clarems Endara Vera, enerji inkişafı nazirinin müavini Franklin Molina ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR