Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub

Azərbaycan prezidenti Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub
# 09 may 2013 14:37 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar.

APA-nın xəbərinə görə, dövlət başçısına və xanımına məlumat verilib ki, üç mərtəbədən ibarət muzeydə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, Ulu Öndər barədə maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə Heydər Əliyevin şəxsi əşyaları, müxtəlif illərdəki təltifləri, ona verilən hədiyyələr nümayiş etdirilən eksponatlar arasındadır.


Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində yaradılmış ikinci konfrans zalı və Mərkəzdə görülmüş bəzi işlərlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR