İran Qlobal Rəqabətlilik İndeksinə görə xeyli geriləyib

İran Qlobal Rəqabətlilik İndeksinə görə xeyli geriləyib
# 04 sentyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mərkəzi qərargahı İsveçrədə olan Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatını (The Global Competitiveness Report) açıqlayıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə İranın xeyli gerilədiyi nəzərə çarpır. Belə ki, rəsmi Tehran Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 arasında 82-ci yerdə qərarlaşıb. Halbuki İran Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatında 144 ölkə arasında 66-cı sırada olub.

Sənədə əsasən, Mərakeş, Slovakiya. Ermənistan, Seyşel adaları və Laos 77-81-ci yerlərdə qərarlaşmaqla İrana nisbətən nəticələri daha yaxşı olan ölkələrdir.

Qeyd edək ki, hesabata ardıcıl olaraq beşinci dəfədir İsveçrə başçılıq edir. Sənəddə Sinqapur 2, Almaniya 4, ABŞ 5, Böyük Britaniya 10, Çin 29, Azərbaycan 39, Türkiyə 44, Qazaxıstan 50, Rusiya 64, Gürcüstan 72, Ermənistan 79, Pakistan 133-cü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR