Azərbaycan-Malta oyununun hansı stadionda keçiriləcəyi açıqlanıb

Azərbaycan-Malta oyununun hansı stadionda keçiriləcəyi açıqlanıb
# 05 iyul 2013 14:23 (UTC +04:00)

Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandasının Malta yığması ilə Bakıda avqustun 14-də keçirəcəyi yoldaşlıq oyununun stadionu və başlanma vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AFFA oyunun "Bakcell Arena"da baş tutacağını və saat 21:00-da start götürəcəyini açıqlayıb.

Bu, millimizin həmin stadionda keçirəcəyi 2-ci oyun olacaq. Yığmamız ilk dəfə arenadan iyunun 7-də Lüksemburqla 1:1 qaldığı rəsmi oyunda yararlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR