«Airbus» şirkəti yeni təyyarənin təqdimatını keçirib - FOTO

«Airbus» şirkəti yeni təyyarənin təqdimatını keçirib - <span style="color: red;">FOTO
# 16 may 2013 11:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyanın aparıcı təyyarə istehsalçılarından olan Almaniyanın «Airbus» şirkəti yeni «A-350 XWB» (Extra Wide Body) təyyarəsini nümayiş etdirib.

«APA-Economics»in məlumatına görə, artıq ilk laynerin rənglənmə işləri başa çatdırılıb və yaxın gələcəkdə təyyarənin sınaq uçuşlarına başlanacağı gözlənilir.

Yeni «A-350 XWB» təyyarəsinin yığılmasına 2010-cu ildə başlanılıb. Sözügedən təyyarə «Boeing-787 Dreamliner» təyyarəsi ilə rəqabət aparacaq. «Airbus» şirkəti «A-350 XWB» avialayneri ilə ilk uçuşu 2013-cü ildə həyata keçirməyi və artıq bu il təyyarəni istismara verməyi planlaşdırır. Bu növ təyyarənin ilk sifarişçisi «Qatar Airways» aviaşirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR