Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin üç əməkdaşı işdən çıxarılıb

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin üç əməkdaşı işdən çıxarılıb
# 22 yanvar 2014 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 3 əməkdaşı işdən çıxarılıb.

ƏMDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitənin strukturuna daxil olan qurumlarda işləyən 12 dövlət qulluqçusu mədəni davranış qaydalarının pozulmasına, əmr, sərəncam, tapşırıqların və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunub.

Bundan başqa, 9 işçiyə töhmət verilib, 3 işçi isə işdən azad olunub.

Bununla yanaşı, Komitədə çalışan dövlət qulluqçuları üçün ötən il «Dövlət qulluqçularının etik davranış qaydaları» və «İnformasiya azadlığının təmin edilməsi» mövzusunda 19 seminar, «Maraqlar toqquşmasının qarşısının alınması» mövzusunda 18 təlim seminarı keçirilib. Regionlar üzrə keçirilmiş və 590 nəfərin iştirak etdiyi həmin seminarlar barədə məlumatlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR