Gömrük İttifaqı ölkələri Ermənistanın layihəyə qoşulmasını dəstəkləyiblər

Gömrük İttifaqı ölkələri Ermənistanın layihəyə qoşulmasını dəstəkləyiblər
# 24 oktyabr 2013 21:23 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin oktyabrın 24-də bəyan edib ki, Rusiya, Belarus və Qazaxıstan Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına üzv olmaq qərarını dəstəkləyiblər.

“Biz Ermənistan və Qırğızıstanın bizim inteqrasiya layihəmizə qoşulmaq niyyətini dəstəklədik”, deyə Putin bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti həmçinin artıq işçi qrupunun yaradıldığını qeyd edib və vurğulayıb ki, bu qrupa tez bir zamanda Ermənistan və Qırğızıstanın Gömrük İttifaqına qoşulmasına dair müvafiq “yol xəritəsi”ni hazırlamaq həvalə olunub.

Qeyd edək ki, son zamanadək Ermənistanın Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmasının imzalayacağı ehtimal olunurdu, lakin Ermənistan prezidenti sentyabrın 3-də Putinlə görüşdükdən sonra ölkəsinin Gömrük İttifaqına üzv olmaq niyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR