Azərbaycanda gömrük qaydalarını pozan iki Türkiyə vətəndaşı barəsində cinayət işi başlanıb

Azərbaycanda gömrük qaydalarını pozan iki Türkiyə vətəndaşı barəsində cinayət işi başlanıb
# 27 iyun 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna daxil olan Türkiyə vətəndaşı Utku Mutlu Mustafa oğlu idarə etdiyi “Mersedes Benz” markalı avtomobildə Qazaxıstana 14700 kiloqram plastik boru yükü göndərilməsinə dair doğru olmayan məlumatları əks etdirən sənədləri gömrük orqanına təqdim etməklə nəqliyyat vasitəsindəki yükü plastik boru adı ilə tranzit xüsusi gömrük proseduranda rəsmiləşdirərək gömrük nəzarətindən keçirib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, lakin daxil olan əməliyyat məlumatına əsasən avtomobil nəzarətə götürülərək Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” terminalına gətirilib və avtomobilə baxış keçirilən zaman yük yerində sənədlərdə göstərilmiş mallar əvəzinə külli miqdarda, cəmi 499 930 qutu “Kent nanotek infina” markalı siqaretlər, “LG” markalı 230 ədəd televizor və 55 ədəd paltaryuyan maşın aşkar edilərək götürülüb. Faktla bağlı DGK İstintaq İdarəsində Azərbaycan CM-nin 206.3.2 maddəsi ilə cinayət işi başlayıb və U. Mutlu barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postuna daxil olmuş digər Türkiyə vətəndaşı Aydın Ömər Cəlal oğlunun idarə etdiyi “DAF” markalı yük avtomobilində Türkiyədən ölkəmizdəki şirkətlərdən birinin adına göndərilən yükün içərisində sənədlərdə göstərilməmiş televizorlar olması barədə DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” terminalında nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobildən yük müşayiət sənədlərində göstərilməmiş külli miqdarda 749 ədəd müxtəlif ölçülü “Samsung” markalı LED televizorlar aşkar edilərək götürülüb.

Ilkin istintaq zamanı müəyyən edilib ki, A. Ömər külli miqdarda malların Azərbaycan gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, bu məqsədlə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda 21 220 kiloqram kvarslı qum və trixlorosiyan turşusu gətirməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri gömrük orqanına təqdim etməklə idarə etdiyi “DAF” markalı yük avtomobilində olan və yük müşayət sənədlərində göstərilməmiş külli miqdarda, 749 ədəd müxtəlif ölçülü “Samsung” markalı LED televizorlarını Azərbaycan gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə A. Ömər ittiham irəli sürülüb və o, şübhəli şəxs qismində tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR