Serbiya 2020-ci ildə Avropa Birliyinə üzv olmaq niyyətindədir

Serbiya 2020-ci ildə Avropa Birliyinə üzv olmaq niyyətindədir
# 21 yanvar 2014 11:55 (UTC +04:00)

Bakı - APA. Serbiya Avropa Birliyinə (AB) üzv olmaqla bağlı hazırlıq prosesini 2018-ci ilədək yekunlaşdırmaq, 2020-ci ildə isə AB üzvü olmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Serbiyanın baş naziri İvitsa Daçiç bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AB-yə üzvlüklə bağlı yekun qərarı ümumxalq referendumunda Serbiya vətəndaşları verəcək: “Serbiyanın üzvlüyü ilə bağlı qərarların tez qəbul olunması məqsədilə Avropa Birliyini inandırmaq üçün bütün mümkün olanları edəcəyik. Ümid edirəm ki, yaxın illərdə Avropa Birliyinə qəbul olunan ilk ölkə Serbiya olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR