Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi qəbul olunub
# 30 iyun 2014 09:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsi qəbul olunub.

APA-nın xəbərinə görə, AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizamnamə layihəsi barədə ətraflı məlumat verib.

O bildirib ki, bu sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir. AMEA-nın hazırda 16 bölmədən və 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkədə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. İ.Həbibbəyli qeyd edib ki, AMEA-da müstəqillik illərində yaradılmış regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsi ilə əlaqədar müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub.

Yeni Nizamnamə layihəsi AMEA-nın Ümumi Yığıncağında müzakirə edilərək qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR