Gəncədə gül bayramı keçirilib - FOTO

Gəncədə gül bayramı keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2014 16:08 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Heydər Əliyev Park Kompleksində gül bayramı keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə şəhərin müəssisə və təşkilatları, mədəniyyət, təhsil, səhiyyə ocaqları, idman idarələrinin kollektivləri onlar üçün ayrılmış sahələrdə tədbir üçün hazırladıqları gül sərgilərini təqdim edib. Bayram şənliyində Musiqi Kollecinin xor kollektivinin ifası, Gəncə Dövlət Filarmoniyasının qrupunun “Qaytağı” rəqsi, şagirdlərin şerləri, kamera orkestrinin, 2 saylı Uşaq Musiqi Məktəbinin nəfəsli alətlər ansamblının, saz və nağara ifaçıları və digər incəsənət ustalarının çıxışları olub.

Tədbir əsnasında Heydər Əliyevin abidəsi önünə güllər düzülüb, adını daşıyan Mərkəz ziyarət olunub. Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “91” yazılan “Flash-mob” da təqdim edilib.

Şəhər İcra Hakimiyyəti tərəfindən elan olunan xüsusi nominasiyalar üzrə ilk üç yerin qalibləri də mükafatlandırılıb. Gül bayramında pavilyonların hazırlanmasında istifadə edilən güllər Türkiyə, Hollandiya və Ekvadordan gətirilib. Dekorasiyaların hazırlanmasında 600 mindən artıq güldən istifadə olunub. Onlar arasında qızılgül, gerber, fion, qərənfil, çobanyastığı və sairə güllər yer alıb.

Gül bayramının sonunda, axşam saat 21 də isə Heydər Əliyev park kompleksində Türk müğənniləri Hadisə və Mustafa Cecelinin ifasında konsert proqramı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR