ARDNŞ dörd quyuda yenidənqurma işləri aparacaq

ARDNŞ dörd quyuda yenidənqurma işləri aparacaq
# 27 iyun 2014 10:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “28 May” Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi “Günəşli” yatağındakı 11 saylı Dərin Dəniz Özülünün genişləndirilmiş hissəsində əlavə 4 istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə işləri bu ilin sonuna kimi başa çatdırılacaq. Layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir.

Dənizin 92 metr dərinliyində yerləşən 11 saylı özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq.

Qeyd edək ki, quyulardan ümumilikdə sutkada 100 ton neft, 260 000 kubmetr qaz və 20 ton kondensat hasil ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR