İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 18 noyabr 2013 08:37 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda bir nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb.

Ancaq 46 yaşlı məhbusun polis məmuru Şəhram Rzayini odlu silahla qətlə yetirdiyi, iki polis əməkdaşını isə yaraladığı bildirilir. Eyni zamanda onun üzərində xeyli silah və güllə olduğu qeyd edilib.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iki ildən çoxdur həbsdə yatan məhbus noyabrın 18-də səhər saatlarında İsfahan şəhərinin mərkəzi həbsxanasında edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR