İsmayıllıda “Ailə bayramı” keçirilib - FOTO

İsmayıllıda “Ailə bayramı” keçirilib - <span style="color: red;">FOTO
# 16 may 2014 08:01 (UTC +04:00)

Bakı-APA. Deputat Novruz Aslanov İsmayıllı rayonunda səfərdə olub. Deputatın qərargahından APA-ya verilən məlumata görə, deputat İsmayıllı rayon İcra Hakimiyyətinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri ilə birgə “Ailə bayramı”nda iştirak edib.

Təntənəli mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruz Aslanov yeni ailə quranları və nümunəvi ailələri təbrik ediblər. Tədbirdə üç cütlüyün nikah mərasimi qeyd olunub , yeni ailə quranlara və mərasimdə ailə həyatının 55 və 65 illiyini qeyd edənlərə hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə yekunlaşıb.

Deputat hərbi məktəblərin müdavimləri ilə təşkil olunmuş görüşdə də iştirak edib. İsmayıllı Gənclər Mərkəzində hərbi məktəblərin müdavimləri ilə keçirilən görüşdə millət vəkili çıxış edərək son illər Azərbaycanın hərbi sahədə inkişafından, bu sahədə yüksək səviyyəli yerli mütəxəssislərin hazırlanmasından söhbət açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR