İranın AEBA-dakı nümayəndəsi: “İran sülhməqsədli nüvə enerjisindən yararlanmaq hüququndan vaz keçməyəcək”

İranın AEBA-dakı nümayəndəsi: “İran sülhməqsədli nüvə enerjisindən yararlanmaq hüququndan vaz keçməyəcək”
# 13 sentyabr 2013 07:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran müəyyən məsələləri həll etmək üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq edir”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu İranın AEBA-dakı yeni nümayəndəsi Rza Nəcəfi bildirib.

Səfir İranın nüvə proqramı ilə bağlı ölkəsinin mövqeyinə bir daha aydınlıq gətirib: “İran sülhməqsədli nüvə enerjisindən yararlanmaq hüququndan vaz keçməyəcək. Bizim qarşıdakı günlərdə AEBA-nın icraçı direktoru Yukiya Amano və onun komandası ilə daha yaxından əməkdaşlıq edəcəyimizə dair gözləntimiz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR