Tiflis Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri vəzifəsindən kənarlaşdırılıb

Tiflis Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri vəzifəsindən kənarlaşdırılıb
# 17 fevral 2014 07:30 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri Qoça Kapanadze vəzifəsindən kənarlaşdırılıb. Bu barədə APA-nın Gürcüstan bürosuna teatrın rejissoru Namiq Hacıyev bildirib.

N.Hacıyev teatr kollektivinin bədii rəhbər Qoça Kapanadzenin işindən narazı olduqlarını bildirib: “Qoça Kapanadze mədəniyyət nazirinə işdən getmək haqqında ərizə verib. Düşünürəm ki, etirazımız müsbət nəticəsini göstərib”.

Rejissor teatra yeni bədii rəhbərin təyin olunması məsələsi ilə bağlı hələlik məlumatı olmadığını bildirib: “Bu barədə heç nə bilmirəm. Fikrimcə, yaxın günlərdə bu məsələ də öz həllini tapacaq”.

Xatırladaq ki, keçən ilin dekabrında azərbaycanlıların rəhbərlik etdikləri 15 QHT rəhbəri, ağsaqqalları və ictimaiyyət nümayəndələri teatrın bədii rəhbəri Qoça Kapanadzenin fəaliyyətindən narazı olmaları barədə baş nazir İrakli Qaribaşviliyə, mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariyaya, barış və vətəndaş inkişafı məsələləri üzrə dövlət naziri Paata Zakareişviliyə məktubla müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR