Azərbaycanın Kambocadakı səfiri bu ölkənin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Kambocadakı səfiri bu ölkənin xarici işlər naziri ilə görüşüb
# 17 yanvar 2014 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri Anar İmanov Kambocanın xarici işlər naziri Hor Namhong ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Hor Namhong Anar İmanovu səfir təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar arzulayıb. Nazir ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

A. İmanov Azərbaycanla Kamboca arasında münasibətlərin fəal şəkildə davam etdiriləcəyini, əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə dialoqun inkişafının, eyni zamanda əməkdaşlığın genişləndirilməsinin və müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi vurğulanıb. Azərbaycan və Kamboca arasında qarşılıqlı səfərlərin təşkil olunmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR